Türkiyənin tanınmış aktrisası "Yaprak Dökümü" serialında Leyla obrazı ilə məşhurlaşan, yeni sezonda "Kayıp şehir" serialı ilə tamaşaçıların rəğbətini qazanan Gökcə Bahadırın yeni serialı və yeni Aysel obrazı haqqında türkiyə mətbuatına verdiyi müsahibəni sizlərə təqdim edirik:
"Kayp şehir" serialı artıq başlayıb. Siz serialda Aysel obrazını canlandırırsınız. Necə bir obrazdır Aysel, bizə bir az onu izah edərsinizmi?
- Aysel, daha çox kiçik yaşlarda həyatdan zərbə alıb, belə demək olarsa həyatın silləsini yeyib. Buna baxmayaraq güclü, ayaqları yerə möhkəm basan, gerçəkçi, cavan bir qadındır. Yaşadıqlarına görə, davamlı həyata qarşı bir müdafiə etmə vəziyyətindədir. Qalxanları var. Eyni zamanda da vicdanlı, mərhəmətli, böyük ürəyi olan biridir. Çətin vəziyyətdə olanlara kömək etmək istəyir, onlar üçün kədərlənir. Bir tərəfi gülərkən bir tərəfi ağlayır əslində. Kişilərlə qurduğu əlaqədən pul qazanır. Kişilərin həyatına girib onlar yox edən bir tərəfi də var.
İlk dəfə belə iddialı bir rolla tamaşaçı qarşısına çıxırsınız. Xarakteri canlandırarkən nələr hiss edirsiniz?
- Mənim peşəm aktyorluqdur və təbii ki məni cəzb edən şey, mənə heç bənzəməyən xarakterlər canlandırmaqdır. Aysel mənim aktyorluq həyatımda bu mənada 'top' olacaq. Çünki xarakterin heç bir tərəfi mənə uyğun gəlmir.
Qarşınıza Aysel kimi bir qadın çıxsa nə edərdiniz, nə düşünərdiniz onun haqqında?
- Mən bayılırım vallah. Belə dərin həyatlar çox diqqətimi çəkir mənim. Aysel kimi bir qadınla qarşılaşsam, oturub saatlarla söhbət etmək istəyirəm.
Nə soruşardınız ondan?
- Mənə həyatını izah etməyini istəyərəm. Nələr hiss etdiyini, həyata necə baxdığını, dünyanı necə gördüyünü soruşaram. Kaş ki xarakterə çalışarkən belə biriylə qarşılaşsaydıq ...
Necə hazırlaşdınız obrazınıza?
- Filmlər izlədim. 60-cı illərə aid xarici filmlər ... Əslində çox da bəzilərini təsirlənmək istəmədim. Mənim yaratdığım bir xarakter olsun istədim. Tək etdiyim şey, Ayseli düşünmək və fiziki olaraq bir az çalışmaq oldu.
Sizi yaxşı gördüm. Boşanmadan sonra əhvalınız çox yaxşıdır. Deyəsən, çətin günlər unudulub?
- Təbii ... Keçmiş keçmişdə qaldı. Yaşanan hər şey insana bir şeylər öyrədir. Həyatına girən hər kəs, sənə çox şey qatır. Təbii ki mən də çox şey öyrəndim. Amma artıq çox danışmaq istəmirəm. Yaşandı və bitdi. Başqa bir həyatım var.