Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv yazıçı Çingiz Abdullayevin "Qubo kapriççiosu" romanı əsasında lentə alınan "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri yekunlaşmaq üzrədir. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, filmdə Dronqo obrazını müğənni İlqar Muradov canlandırır. Filmin kinorejissoru Yavər Rzayevdir.
Rejissorun baş rol üçün seçimi sənət aləmində birmənalı qarşılanmasa da filmdə İlqar Muradovun oynaması əsərin müəllifi Çingiz Abdullayevin ürəyincədir: "Əsər və ssenari mənə məxsusdur. Mədəniyyət və Turizm Nazirliyi filmi çəkməyi rejissor Yavər Rzayevə tapşırıb. Rejissorun işinə qarışmaq olmaz. O, Dronqo obrazını İlqar Muradovun timsalında görüb. İndiyədək Dronqonu çox tanınmış aktyorlar oynayıb. Obrazı İlqar Muradovun oynaması təklif olunanda çox adam bunun əleyhinə idi.
Amma məşqlərə baxdım və çox xoşuma gəldi. Özüm də gözləməzdim ki, İlqar Muradov baş rola bu qədər uyğun ola bilər. Belə narazılıq və söz-söhbəti mən də eşidirəm. Bəzi adamlar deyirlər ki, Çingiz Abdullayev hüquqşünasdir, yazıçı deyil yaxud yazıçıdır futbolda nə işi var, niyə "Neftçi" klubuna rəhbərlik edir. Eyni sözü İlqar haqda da söyləyirlər ki, müğənnidir aktyor deyil, niyə filmdə çəkilir. Mən əminəm ki, işin sonu uğurlu olacaq".
Onun sözlərinə görə, hazırda kinonun çəkilişləri davam edir: "1-2 aya film tam hazır olcaq. İnanıram ki, kino uğurlu alınacaq. Çünki Yavər Rzayev peşəkardır".
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”