“Qarşıdakı dönəmdə Azərbaycan üçün müəyyən mənada önəm daşıyan, tarixi baxımdan əhəmiyyət kəsb edən və Bakının, ümumilkdə Azərbaycanın simvoluna çevrilən məkanlarda hər çür qeyri-adi hadisələrə şahidlik edəcəyik”
Vətəninfo.az xəbər verir ki, bunu Simsar.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.
O, bildirib ki, sözügedən hadisənin hansı maraqdan baş verdiyini demək çətindi: “Ola bilsin onların vahid mexanizmləri var. Məntiqə uyğun olaraq onların növbəti addımının nədən ibarət olacağını düçünmək olar. Yəqin ki, tarixi yerlərdə bu cür şəkil çəkdirənlər, özəl aksiyalarını məscidlərdə və başqa yerlərədə davam etdirəcəklər”.
“Özünün varlığını Azərbaycanın min illik tarixinin bir hissəsi olan “Qız Qalası”-nda bu şəkildə ictimailəşdirməyin nə önəmi var? Bu sualı cavablandırmaq çox çətindir. Onların məntiqni də anlamaq qeyri mümkündür”, - deyə deputat bildirib.
Sosial şəbəkələrdə insanların “Qız Qalası”na buraxılmaması və xarici ölkə vətəndaşlarının sərbəst daxil olmaları ilə bağlı müxtəlif fikirlər yazıldığını deyən Z.Oruc bildirib ki, bu məsələni xüsusi olaraq bu nöqtədən qabartmaqla, məsuliyyəti soyunan insanın üzərindən götürüb, abidəyə girişi qadağan edən qurumların üzərinə yönəldirik: “Məsələyə bu məntiqlə yanaşmaq doğru deyil. Biz də qardaş Türkiyəyə və digər Avropa ölkələrinə gedən də tarixi yerləri ziyarət edirik. Ümumiyyətlə tarixi məkanlara hörmətlə yanaşılmalyıq. Soyunan əcnəbinin hərəkəti yəqin ki, hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmaz”.