“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törətdi: yaralılar var - FOTO

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törətdi: yaralılar var - FOTO

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı "Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil "Nissan”a, daha sonra "Mercedes” və "VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, "Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az