"Quzuların səssizliyi"ndəki ev satışa çıxarılıb

"Quzuların səssizliyi" filminin çəkildiyi Buffalo Bilə məxsus olan ev satışa çıxarılıb.

 AZƏRTAC buro247.com saytına istinadla xəbər verir ki, 1910-cu ildə Viktorian stilində tikilən üçmərtəbəli evə görə sahibləri 300 min dollar qazanmağı düşünür. Evin indiki sahibləri Skot və Barbara onu 40 il öncə alıblar. Daşınmaz əmlak üzrə agentlər əmindirlər ki, bu ev və onunla bağlı olan qorxulu hekayə alıcıları qorxutmaqdan daha çox cəlb edəcək.

Əslində manyakın filmdə öz qurbanlarını öldürdüyü ev reallıqda elə də qorxulu deyil. Evin divarlarını çiçəkli divar kağızları bəzəyir, otaqlarda isə adi mebel yerləşdirilib. Evin arxa həyətində hətta hovuz belə var, filmdəki məşhur qorxulu zirzəmi isə yoxdur.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az