Ramil Usubovla Kəmaləddin Heydərov hadisə yerində

Ramil Usubovla Kəmaləddin Heydərov hadisə yerində

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri hadisə yerinə gəlib.

"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun müavini Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib, hadisə nəticəsində 30-a yaxın şəxsin həlak olduğu bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az