Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa çıxır

Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa çıxır

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.

Miq.Az xəbər verir ki, avqust ayının 22-sı həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az