Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - Açıqlama

Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - Açıqlama

Bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin vəfat etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib ki, Ramiz Mehdiyev barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Ramiz Mehdiyev yox, mənim oğlum dünyasını dəyişib".

Qeyd edək ki, mayın 6-da mətbuatda Ağahüseyn Şükürovun 27 yaşlı oğlu Nuranın dəhşətli yol qəzasında vəfat etməsi barədə məlumat yayılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az