Ramiz Mehdiyevin məzuniyyətə çıxması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Ramiz Mehdiyevin məzuniyyətə çıxması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb.

Miq.Az xəbər verir ki, bununla bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi açıqlama yayıb.

"Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”, - rəsmi açıqlamada deyilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az