Bu gün “Yeni Müsavat”ın qurucusu və baş redaktoru Rauf Arifoğlunun ad günüdür.
Rauf bəyin 46 yaşı tamam olur. Ömrünün yarıdan çoxunu Azərbaycanda azad, müstəqil, demokratik mətbuatın yaranmasına, güclənməsinə və inkişafına həsr etmiş, milli qəzetçiliyə məxsusi dəst-xətt gətirmiş Rauf bəy həqiqi mənada azad sözün rəmzlərindən birinə çevrilib.
Ömrünün neçə-neçə qiymətli ili mübarizə meydanlarında keçib onun. Uzun illərdir getdiyi bu yolda, əlbəttə ki, uğurlar da yaşayıb, uğursuzluqlar, məhrumiyyətlər, məhbəs həyatı da. Amma bir şey heç vaxt onu tərk etməyib. Bu da Azərbaycanın vahid, hürr, güclü və firavan olacağına olan sarsılmaz İNAMdır.
Baş redaktorumuzu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona ən şirin nemət olan cansağlığı arzu edirik. Bütün ülvi niyyətlərinə, hədəflərinə, ən böyük arzuna çatasan, Rauf bəy. Həm apardığın milli mücadilə yolunda, həm də şəxsi həyatda qat-qat böyük uğurlara imza atmağını diləyirik./musavat.com/
“Vətəninfo.az” olaraq da bu təbriklərə qoşularaq Rauf Arifoğluna can sağlığı və yeni-yeni uğurlar arzulayır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?