Regional liderlərin görüşü başa çatdı
Görüş 1 saat 15 dəqiqə davam edib
Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş başlayıb.
İstiPress-in "Milliyət”ə istinadən verdiyi xəbərə görə, Vladimir Putin türkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyini vurğulayan Rusiya dövlət başçısı: "Son illərdə Türkiyə-Rusiya münasibətləri iki ölkəyə yaraşan şəkildə olması üçün çalışırıq. Türkiyə və Rusiya əsgərləri arasında belə bir əməkdaşlığın qurulacağını heç kim gözləmirdi” deyib.
Prezident iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olmaqdan məmnunluğunu ifadə edib. O, Vladimir Putinlə ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan və Putinin əsas müzakirə mövzusu Suriya məsələsi, YPG və Rakka əməliyyatı olacaq.
Kremldə keçirilən görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri, prezidentlərin köməkçiləri də iştirak edir.
Miq.az