“Rəhim Qazıyev kabinetində dedi ki, Şuşadan ermənilərə güllə atsanız...”

“Rəhim Qazıyev kabinetində dedi ki, Şuşadan ermənilərə güllə atsanız...”
"Müdafiə nazirinin qəbuluna getməkdə məqsədimiz Xankəndinə hücum əməliyyatını müzakirə etmək idi...”

"1992-ci ilin aprelində Xankəndiyə hücum planlaşdırılmışdı. Aprelin təxminən 27-də  həmin vaxt Şuşada yerləşən  777 saylı hərbi hissənin komandiri Elçin Məmmədov və Rövşən Əkbərovla birgə əvvəl baş qərargah rəisi Şahin Musayevin, sonra isə müdafiə nazirinin qəbulunda olduq. Məqsədimiz Xankəndinə hücum əməliyyatını müzakirə etmək idi. Hətta mən əməliyyat xəritəsini də hazırlamışdım. Rəhim Qazıyev bir polkovnikin köməyi ilə xəritədəki plana baxıb bəyəndi. Amma gözlənilmədən üçümüzü də kabinetinin küncünə çəkib dedi ki, əgər gedib erməniyə bir güllə atsanız, üçünüzü də güllələyərəm; atəşkəs haqda moratorium qəbul etmişik, mayın 9-da Yaqub Məmmədov Tehranda Petrosyanla danışıqlar aparacaq...”

Bunları Moderator.az-a  777 saylı hərbi hissənin  kəşfiyyat tağımının komandiri kimi Şuşanın müdafiəsində  iştirak etmiş polkovnik Azay Kərimov danışıb. 

Polkovnik Azay Kərimovla daha geniş söhbəti və onun söylədiyi faktlara sabiq müdafiə naziri Rəhim Qazıyevin münasibəti ilə yaxın müddətdə tanış ola bilərsiniz.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az