.jpeg)
İbrahim Rəisi 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə İranın o dövrdəki Prezidenti Mahmud Əhmədinecat Rəisiyə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif etsə də, o bu vəzifədən imtina edib. Rəisi karyerasında yüksəlməyə davam edib və 2014-cü ildə İranın Baş prokuroru vəzifəsinə təyin edilib.
İ. Rəisi 2016-cı ilin martında istefaya gedib və İslam dünyasının ən varlı fondlarından biri olan "Astan-e Quds Razavi”nin sədri olub.
O, 2017-ci ilin mayında İran prezidentliyinə namizədliyini irəli sürsə də, həmin dövrdə Prezident Həsən Ruhaniyə məğlub olub. Rəisi bu seçkilərdə 38%, Ruhani isə 57% səs toplamışdı.
(1).jpg)
O, 2019-cu ildə İran ədliyyəsinin rəhbəri vəzifəsinə seçilib. Bunun ardınca, 2019-cu ilin noyabrında ABŞ İbrahim Rəisiyə qarşı sanksiya tətbiq edib. O, 1988-ci ildə İslam rejimi əleyhinə qarşı gələnlər barədə ölüm cəzası tətbiq edən komissiyanın tərkibində olduğuna görə bu sanksiyalarla üzləşib. Bundan əlavə, Avropa İttifaqı da Rəisiyə qarşı sanksiyalara baş vurub.
İslam Respublikasının son Prezidenti 2021-ci ildə keçirilən 13-cü prezident seçkilərində rəqibi Həsən Ruhaniyə qalib gəlmişdi. O, 17,6 milyon səs qazanmışdı.
.jpeg)
Ekspertlərin fikrincə, ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi Rəisinin timsalında ən yüksək vəzifədə özü üçün xələf hazırlayırdı.
İbrahim Rəisi İslam şəriətini dövlətin və hakimiyyətin əsası hesab edirdi, İranın Qərblə və ABŞ ilə yaxınlaşmasına qarşı bir mövqeyə sahib idi.
Rəisi 1983-cü ildə fəlsəfə elmləri doktoru, yazıçı Jamileh Alamolhoda ilə ailə qurmuşdu, iki qızı var.
.png)
Onu da xatırladaq ki, dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.
Bu barədə məlumatı "Mehr” agentliyi yayıb.
Bildiririk ki, qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub.