Rəisi maşın vurdu - Azərbaycanda

Rəisi maşın vurdu - Azərbaycanda
Azərbaycanda dəmiryolu stansiyasının rəisini maşın vurub. Miq.az anspress-ə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayevi ağır yol qəzasına düşüb.
Mustafayevi stansiyanın qarşısında yolu keçmək istəyərkən avtomobil vurub. Daha sonra hadisəni törədən "Chevrolet" markalı maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Yaralı təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Baş və ayaq nahiyəsindən xəsarət alan Xasay Mustafayevin vəziyyəti orta ağırdır. O, hazırda reanimasiya şöbəsindədir.
Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az