“2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. Ötən ilin rəqəmləri ilə müqayisədə bu normal göstəricidir. Ancaq yenə də qızlarla oğlanlar arasında fərq böyükdür”.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
E. Səfərov bildirib ki, 2012-ci ildən bu yana il ərzində doğulan uşaqların sayında azalma müşahidə olunur: “2014-cü ildə 170 min 503 uşaq dünyaya gəlib. Qeyd edim ki, 2012-ci ildən bu yana respublikada doğulan uşaqların sayında azalma müşahidə olunur. Digər tərəfdən isə, ötən il doğulan uşaqların arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür. 170 min 503 uşaqdan 79 min 93-ü qız, 91 min 410-u oğlandır. Bu mənfi göstəricilərdən biridir. Qızlar və oğlanların sayı arasındakı məsafə artmaqdadır”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?