Riçard Stengel: İŞİD hamının problemidir
ABŞ dövlət
katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Riçard
Stengel Əl-Hürrə telekanalına müsahibə verib. Müsahibədə cənab Stengel
ABŞ və regional tərəfdaşların İslam Dövləti qrupuna qarşı mübarizəsi
haqda danışıb.
Əl-Hürrə:
2001-ci il 11 sentyabr hücumlarından bəri ərəb dövlətlərinin terrorizmə
qarşı qlobal mübarizəyə töhfələrini necə dəyərləndirərdiniz?
Riçard
Stengel: Nə qədər qəribə səslənsə də, terrorizm insanları adətən
birləşdirir. 11 sentyabr hücumları insanları terrora qarşı səfərbər etdi
və çoxları gördü ki, ABŞ da terrorun qurbanına çevrilib. Mən deyərdim
ki, o vaxtdan bəri bizim aramızda alyans və dostluq daha da güclənib.
Əl-Hürrə: Terrora qarşı mübarizədə Körfəz Əməkdaşlıq Şurası hökumətlərindən gələn yardım sizi qane edirmi?
İŞİD-lə indiyədək aparılan savaş çoxlarının diqqətini cəmləşdirib.
Riçard
Stengel: İŞİD-lə indiyədək aparılan savaş çoxlarının diqqətini
cəmləşdirib. Bu mübarizə əsnasında körfəz dövlətləri həm öz aralarında,
həm də ABŞ-la əməkdaşlığı təkmilləşdiriblər, Öz növbəsində bu
əməkdaşlıq münasibətləri gücləndirib. İndi bizim ortaq düşmənimiz var,
və ortaq düşmən tərəfləri birləşdirir.
Əl-Hürrə: İŞİD problemi ilə necə ayaqlaşmaq olar?
Riçard
Stengel: Biz bu qrupa qarşı müxtəlif yollarla vuruşuruq. Burada hərbi
komponent var ki, biz onların irəliləyişlərini bir neçə cəbhədə
dayandırmışıq. Onlara qarşı həyata keçirilən bombalama əməliyyatları
ərəb tərəfdaşları arasında vəhdətin göstəricisidir. Burada həmçinin
informasiya döyüş meydanı da var ki, bu mənim işlədiyim sahədir.
İŞİD-in yaranmasından bəri çox sayda əlavə oyunçular savaşa qatılıb.
İordaniya, Misir və Səudiyyə Ərəbistanı öz sosial medialarını səfərbər
ediblər. Bu günlərdə biz Birləşmiş Ərəb Əmirlikləri ilə birgə Savab
Mərkəzi açmışıq. Bu mərkəz başqa ölkələri oxşar mərkəzlər açmağa
həvəsləndirəcək.
Əl-Hürrə: Savab Mərkəzinin məqsədi nədir?
Riçard
Stengel: Mərkəzin hədəfi İŞİD-in sosial mediada sərgilədiyi gücə və
mürəkkəb taktikalara qarşı mübarizə aparmaqdır. Eləcə də biz İŞİD-in
təqdim etdiyi neqativ dünyagörüşünə qarşı alternativ, pozitiv
dünyagörüşü sərgiləyəcəyik.
Əl-Hürrə: Paris və Küveytdəki hücumlardan sonra bəziləri fikirləşdi ki, nöbəti hədəf ABŞ olacaq. Siz nə düşünürsüz?
Riçard
Stengel: Biz hamımız potensial hədəfik. Heç kəs bundan
sığortalanmayıb. Bu yaxınlarda Texasda özbaşına hərəkət edən adamların
terror cəhdini gördük. Amerikada insanlar terror hədəfinə çevrilməkdən
narahatdırlar, amma başqalarından fərqli olaraq, bu, bizim üçün
mövcudluq məsələsi deyil. Onlarla həmsərhəd ölkələrdə İŞİD irəliləməyə,
dövlət qurmağa can atır. Amma bu, hamının problemidir. İŞİD-ə qoşulan
xarici döyüşçülər arasında Amerikadan gedənlər də var. Hamının bundan
narahat olmaq üçün əsası var.
Əl-Hürrə:
Bəs sizcə ABŞ ərazisinə mümkün hücum haqda xəbərdarlıqlar Vaşinqtonun
terrorçuların silahlanması və maliyyələşməsinin qarşısını almaqda
uğursuz olduğuna dəlalət etmirmi?
Biz hamımız potensial hədəfik. Heç kəs bundan sığortalanmayıb.
Riçard
Stengel: Onu bildirməliyəm ki, bizim fəaliyyətimizin əsas hissəsi
yaraqlılara qoşulmaq istəyən döyüşçü axınını azaltmaqdır. Bu özü çox
böyük bir işdir. Biz bunu bir tərəfdən yaraqlılara qoşulub-qoşulmamaq
haqqında düşünən insanlara hədəflənən mesajlarla, digər tərəfdən isə
bütün müsəlman icmasına terrorçulara qarşı birləşməyin əhəmiyyətini
çatdırırıq.
Əl-Hürrə: Terrorizmə qarşı müharibə nə zamansa qələbə ilə bitəcəkmi?
Riçard
Stengel: Bir çox insanın dəfələrlə dediyi kimi, terrorizmə qarşı
müharibə doğru ifadə deyil. Terrorizm bir üsuldur, və indiki halda bu,
İslam Dövləti qrupu tərəfindən istifadə edilən bir üsüldur. Mən terrora
qarşı müharibəyə cəlb olunmamışam. Mənim cəlb olunduğum müharibə İslam
Dövləti qrupuna qarşıdır və əminəm ki, bu müharibə qələbə ilə bitəcək.
Əl-Hürrə: Sözünüzdən belə çıxır ki, terrorizmə qarşı müharibə onilliklər çəkə bilər?
Riçard
Stengel: Prezident Obamanın bu yaxınlarda dediyi kimi, bu müharibə bir
dövrü əhatə edən, nəsillik bir müharibədir. Buna görə də biz müharibəni
günlər və ya aylarla yox, illərlə ölçməliyik. Təbii ki, istənilən növ
terrorizmin aradan qaldırılacağını söyləmək həqiqətdən olmazdı, amma,
birbaşa bəşəriyyətə təhlükə törədən terrorizm yox olacaq. Terrorizmə
qarşı formalaşmış koalisiya üzvləri bunun əhəmiyyətini dərk edir.
Əl-Hürrə:
Bəzi qeyri-hökümət təşkilatları terrorizmlə mübarizə zamanı insan
hüquqların arxa plana keçməsindən narahatlıqlarını bildiriblər. Siz bu
barədə nə deyə bilərsiniz?
Riçard
Stengel: Bu, demokratik cəmiyyətlərdə hər zaman aktual olan bir
mövzudur. Bir tərəfdə insan hüquqları və fərdi azadlıqlar, digər
tərəfdə isə təhlükəsizlik. Mən şəxsən bu məsələləri bir-birindən ayrı
təsəvvür etmirəm və inanıram ki, insanların hüquqlarını və ifadə
azadlığını təmin edərək də sabitliyi qorumaq olar. Amma, azadlıqlar və
təhlükəsizlik arasında çox həssas bir xətt mövcuddur, və təəssüf ki,
bəzi insanlar bu xətti çox rahat keçirlər.
"Amerikanın səsi"