Roma Papası Ukrayna ilə bağlı çağırış edib

Roma Papası Ukrayna ilə bağlı çağırış edib

Roma Papası Fransisk Ukraynadakı müharibəni tanrıya və bəşəriyyətə qarşı cinayətə bənzədib.

CNN xəbər verir ki, Vatikandakı diplomatik korpus qarşısında çıxış edən Papanın sözlərinə görə, Ukraynadakı kimi dağıdıcı və ölümcül, mülki infrastruktura hücumların olduğu münaqişələr tanrıya və insanlığa qarşı cinayətlərə bənzərdir.

"Bu gün mən bu mənasız münaqişənin dərhal başa çatdırılmasına dair çağırışımı yeniləməyi özümə borc bilirəm, enerji və qida istehsalı sahələrindəki nəticələrinə görə, onun təsirləri bütün regionda, həmçinin Avropadan kənarda, Afrikada və Yaxın Şərqdə hiss edilir”, – Roma Papası qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az