Ruben Vardanyanı Xankəndində, Robert Köçəryanı İrəvanda istəyənlər var…

Ruben Vardanyanı Xankəndində, Robert Köçəryanı İrəvanda istəyənlər var…

"Təhlükəsizliyini Rusiya sülhməramlı kontingentinin təmin etdiyi rusiyalı oliqarxın Artsaxdakı müxtəlif planları özlüyündə çox şeydən xəbər verir…”
Aydındır ki, Vardanyan öz qərarını Rusiyanın siyasi dairələri ilə, yumşaq desək, məsləhətləşmədən verməyib. Bu, o deməkdir ki, həmin dairələr də Artsaxın prioritet vəzifələrini başa düşürlər. Və Vardanyanın ora getməsi müsbət siqnal sayıla bilər, çünki bu gün Artsaxın təhlükəsizliyinin qarantının kim olduğu hər kəsə aydındır". 
 
Moderator.az xəbər verir ki, bu fikirlər erməni yazar Ruben Marqaryan "Qolos Armeniyi”("Ermənistanın səsi") nəşrindəki  "Ruben Stepanakertdə, Robert Yerevanda” başlıqlı məqaləsində işlədib.
 
"Bu, İrəvan deyil, Ermənistan Müdafiə Nazirliyi deyil, hətta bütün hörmətlə yanaşsaq, Bakıda tez-tez zərurəti müzakirə olunan dağılma Artsax Müdafiə Ordusu da deyil.  Xoşumuza gəlsə də, gəlməsə də, amma Artsaxın təhlükəsizliyinin təminatçısı Rusiya sülhməramlı kontingentidir(RSK). Və təhlükəsizliyini RSK təmin edən rusiyalı oliqarxın Artsaxdakı müxtəlif planları özlüyündə çox şeydən xəbər verir” - deyə öz sualını cavablandıran R.Marqaryan həyasızcasına milyarder Ruben Vardanyanın Qarabağdakı planlarının həyata keçirilməsinin mümkünlüyündən yazır.   
 
"Yəni minimum vəzifə belə görünür: Artsaxı ermənilərinki kimi saxlamaq üçün mümkün olan hər şeyi etmək. Belə ki, insanlar nəinki oradan ayrılmaq istəməsinlər, əksinə, köçməyə çalışsınlar. Artsaxı cənnət parçasına çevirmək. Bu, mümkündür? Ola bilsin: ərazi kiçikdir, əhali azdır. Rusiyalı milyarderin belə bir vəzifəni həll etməyə gücü çatarmı? Çatar. Üstəlik, Artsaxdakı, Ermənistan və diasporadakı digər nüfuzlu qüvvələrin potensial dəstəyi ilə...
 
Amma başqa mühüm amil də var. Ruben Vardanyanın planları nə qədər böyük olsa da, nə qədər ki, İrəvanda təmsilçiləri yalnız öz rifahını düşünən komanda hakimiyyətdədir, onları həyata keçirmək çox çətin olacaq. Və buna görə də, onların  milyarderə kömək edəcəklərini gözləməməlisiniz.
 
Vardanyanın Artsaxın dirçəliş planları o halda uğurla həyata keçirilə bilər ki, Ermənistanda müvafiq hökumət olsun. Problem həll olunandır və yaxın vaxtlarda həll olunacağına ümid var. Mənim fikrim belədir ki, Ruben Stepanakertdə, Robert İrəvanda. Bu, güclü tandem olardı. Ancaq etiraf etmək lazımdır ki, bu, çoxları üçün uyğun deyil"- deyə R.Marqaryan yazıb.
 Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az