Rus ordusu Kiyevdə doğum evini vurdu

Rus ordusu Kiyevdə doğum evini vurdu

Rus ordusunun atdığı mərmi Kiyev yaxınlığında "Adonis” özəl doğum evinə düşüb, insanlar təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin baş direktoru Vitali Girin Feysbuk səhifəsində yazıb.

"Dostlar, hamı doğum evindən soruşur. Dəstəyinizə görə təşəkkür edirəm. Doğum evinə mərmi düşüb, ziyan böyükdür, amma bina çökməyib. Hər kəs təxliyə olunub. Hər kəs təhlükəsiz yerdədir”, - məlumatda deyilir.

Qeyd olunur ki, "Adonis” doğum evi Kiyev yaxınlığındakı Jitomir şossesinin Buzova kəndində yerləşir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az