Rusiya Araz Ağalarova qarşı proses başlatdı: Təfərrüatlar...- Foto

Rusiya Araz Ağalarova qarşı proses başlatdı: Təfərrüatlar...- Foto
Federal Məhkəmə İcraçıları Xidməti "Crocus Group"un prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən işi icraatına başlayıb.



Miq.az Teleqraf-a istinadla xəbər verir ki, proses iyunun 26-da başlayıb.



Bu gün yayılan informasiyaya görə, Moskvanın Presnenski Məhkəməsi mayın 7-də Moskva Metropoliteni iddiaçı qismində çıxış etdiyi icra sənədini təqdim edib.



İyunun 26-da Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) "Crocus Group” şirkətinin prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən icra icraatına başlayıb.



Prosesin təfərrüatları məlum deyil.



Xatırladaq ki, Araz Ağalarov "Krokus Qrup"un təsisçisi və prezidentidir. O, Rusiyanın 200 ən varlı iş adamı - 2021-in reytinqinə daxil edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az