Rusiya DİN: İŞİD-in maraqları Ermənistana doğru hərəkət edir

Rusiya DİN: İŞİD-in maraqları Ermənistana doğru hərəkət edir

Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx "Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir.

"Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq", - idarə rəisi vurğulayıb.(Report”)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az