Rusiya generalları Ermənistana gəlir
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Operativ və Taktiki Baş İdarəsinin nümayəndə heyəti bu gün Ermənistana səfərə gəlir. Səfər iyulun 22-dək davam edəcək.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumatda bildirilir ki, səfər zamanı cari məsələlr, həmçinin Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşdirilməsi barədə razılaşmanın imzalanmaq üçün hazırlanması üzrə danışıqlar aparılacaq.
Miq.az