Rusiya hərbçiləri Qazaxıstan vətəndaşını Laçından Qarabağa buraxmadı?..

Rusiya hərbçiləri Qazaxıstan vətəndaşını Laçından Qarabağa buraxmadı?..

Guya əslən Qarabağdan olan bir erməni qızın Azərbaycan dövlət sərhəddindən keçərək Xankəndinə getməsinə icazə verilməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində  "Arcakh24” portalının baş redaktoru Marat Yeganyan paylaşım edib.  
 
"Uratax kəndindən olan erməni qız pasportunun Qazaxıstan Respublikasına aid olması səbəbindən Rusiya hərbçilərinin nəzarət-buraxılış məntəqəsində avtobusdan düşürülüb. Artsax rəhbərliyinin nümayəndələrindən bu olaya münasibət bildirmələrini xahiş edirik” – M.Yeganyan belə  yazıb.
 
Xatırladaq ki, beynəlxalq qanunlara əsasən Azərbaycan dövlət sərhədini keçmək istəyən hər bir kəs məhz Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən yoxlanılmalıdır... Amma son məlumatlara görə, Laçındakı sərhəd-keçid məntəqəsində dayanan Rusiya hərbçiləri  bu işə özləri nəzarət edir və yalnız Ermənistan və Rusiya vətəndaşlarını Xankəndi istiqamətinə buraxırlar... 
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az