Rusiya hərbi bazaları Ermənistandan çıxarılacaq: Paşinyan anons etdi

Rusiya hərbi bazaları Ermənistandan çıxarılacaq: Paşinyan anons etdi
"Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir”.

"Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

"Bu hadisələr bizi  təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi və biz indi buna çalışırıq”.

O əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlamaqda heç bir üstünlük görmür.

Paşinyan daha sonra qeyd edib ki, o, yaxın aylarda Azərbaycanla sülh yolu ilə nizamlanma perspektivlərinə nikbin yanaşır.

Paşinyan ölkənin Rusiya ilə tarixi əlaqələri ilə bağlı suala cavab olaraq Ermənistanın türk qonşuları Türkiyə və Azərbaycanla daha uzun tarixinə diqqət yetirməyə çağırıb. "Bütün suallar və bütün cavablar buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq”.

Paşinyan vurğulayıb ki, Ermənistanın axtardığı təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi sadəcə olaraq Qərbin hərbi bazaları və silahları tələbi kimi deyil, davamlı regional sülh istəyi kimi başa düşülməlidir. 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az