Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi - FOTOLAR

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi - FOTOLAR

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib.

Miq.Az xəbər verir ki, Xankəndidə o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

"Hazırda Dağlıq Qarabağda (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”.
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az