Rusiya qorxulu silahını Türkiyəyə verdi

Rusiya qorxulu silahını Türkiyəyə verdi
"Alqı-satqı ilə bağlı razılıq demək olar ki, əldə edilib"

"Rusiya və Türkiyə arasında S-400 raket-zenit kompleksinin alqı-satqısı ilə bağlı razılıq demək olar ki, əldə edilib". İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Rusiya Hərbi Texniki əməkdaşlıq federal xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.
Onun sözlərinə görə, kompleksin çatdırılması barədə məsələ demək olar ki, artıq öz həllini tapıb. "Amma söhbət hər hansı silahdan yox, ciddi sistemdən gedir. Bunun üçün də bəzi nüanslar var". Şuqayev Moskva və Ankaranın qısa zamanda bu məsələdə pozitiv nəticəyə gələcəklərinə ümid etdiyini deyib.

"Bizim okeanın o tayındakı "dostlarımız" narazıdırlar. Amma Türkiyə müstəqil dövlətdir və öz qərarlarını özü verə bilir".

Xatırladaq ki, Türkiyə 2016-cı ildən Rusiya istehsalı olan S-400-lə yaxından maraqlanmağa başlayıb. Bu il isə alış haqqında ən yüksək səviyyədə, o cümlədən prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılıb. 

İyul ayının 25-də Ərdoğan artıq alış-satışla bağlı razılaşma imzalandığını elan edib. O zaman Kreml bu məsələyə şərh verməkdən imtina etmişdi.

Məlumata görə, Rusiya S-400 raket kompleksinin bir diviziyasını Türkiyəyə 500 milyon dollara təklif edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az