Rusiya qoşunları oradadır - Paşinyan açıqladı
Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı davam edir.
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Zəngəzurda Rusiya Ordusunun 2 dayaq nöqtəsinin yaradıldığını elan edib.
"Gümrüdəki 102-ci hərbi baza Syunik vilayətində 2 dayaq məntəqəsi yaradıb. Onlar İran və Azərbaycanla sərhəd ərazilərdə yerləşdirilib”.
Paşinyan rusiyalı hərbçilərin Zəngəzurun təhlükəsizliyinə cavabdeh olacağını söyləyib. O bölgəyə yerləşdirilən rusiyalı hərbçilərin dəqiq sayını açıqlamayıb.(modern.az)
Miq.Az