"Rusiya sülhməramlıları Qarabağda nə gəzir?" - Rövşən Əliyev
"Azərbaycanlılar və ermənilər birbaşa danışa biləndə münaqişə sona çatacaq. Bunun mümkünlüyünün əlamətləri çox görünüb. Reallaşmağa başlayan kimi həmin tendensiya məhv edilib."
Bu sözləri tanınmış jurnalist Rövşən Əliyev şəxsi feysbuk səhifəsindəki statusunda yazıb.
"Başa düşürəm, Elçibəyin zamanında müharibəyə və münaqişənin həllinə hazırlıq üçün vaxt olmayıb. Yəni Elçibəy belə bir variantı qəsdən, biclikdən məhv etməyib. Onun dünyagörüşü, biliyi, imkanı, vaxtı ancaq o işlərə yetib. Sonrakı illər çoxlu zaman olub ki, Azərbaycan üçüncü tərəfə, yəni vasitəçilərə, sülhmətmlılara ehtiyacı olmadan münaqişəni həll eləməyə qadir olduğunu bildirsin. Bunun üçün fundamental işlər görsün. Amma xatırlayırsınız, teleşüvənliyi. TV-lərin nəzarətsiz olmadığını da bilirsiniz yəqin."-deyə jurnalsit qeyd edib.
Rövşən Əliyevin fikrincə ikinci müharibə başlanan kimi Azərbacyan ermənilərə qarşı yox, Ermənistan qoşunlarına, qanunsuz silahlı birləşmələrə qarşı müharibə apardığını aydın elan etməliydi.
"Yerli sakinlərlə bağlı planını bildirməliydi. Müharibənin gedişində bir neçə dəfə yazdım, ənənəvi millətşüvən dəstənin reaksiyası bəlidir, ağlına, savadına ümid elədiyim adamlarn da çoxu üzümə durdu ki, belə bir plan elan edilib. Rusiya sülhməramlılarına ehtiyac olduğunu göstərmək üçün qəsdənmi belə edilirdi? Bilmirəm. Normal məntiqlə, bir ərazidə tam suverenliyin bərpası üçün oranın sakinləri haqda xoş niyyətini göstərməli və sübut eləməlisən. Uzun yazardım. Bu qədər bəsdir."-deyə jurnalsit yazıb.
Miq.Az