"Rusiya ya Qarabağda, ya da Ukraynada müharibə edəcək"
"Rusiya camaatın etirazını harasa çıxarıb, kənarlaşdırmaq üçün aranı qatmaqla məşğuldur...”
"Mənə elə gəlir ki, Rusiya ya Qarabağda, ya da Ukraynada müharibə edəcək. Çünki onun başqa çıxış yolu yoxdur. Tarix təkrar olunur, həmişə belə olub”
Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli düşmənin təxribatlara son qoymaq üçün qalan torpaqlarımızın da işğaldan azad edilməsinin vacibliyini vurğulayıb:
"Rusiyanın içində böyük bir etiraz hissi, çətinlik var və cammatın etirazını harasa çıxarıb, kənarlaşdırmalıdır. Rusiya ona görə də hər yerdə aranı qatmaqla məşğuldur. Ermənilərə də qazı verən onlardır.
Soçi görüşü adi bir görüş idi. 15 dekabrda Bürüssel görüşü isə ondan ibarətdir ki, birinci dəfədir ki, tərəflər Rusiyasız görüşürlər. Amma orda yekun və taleyüklü bir qərarın çıxacağını güman etmirəm. Ermənistanla isə işimiz sona çatmayana qədər belə olacaq. Biz Xankəndini azad edəndən sonra düşmən təxribatlarına son qoya bilərik”.
Vasif Əlihüseyn