Rusiya Yaxın Şərq planlarını Şimali İraqa köçürüb

Rusiya Yaxın Şərq planlarını  Şimali İraqa köçürüb

Rusiya Yaxın Şərq planlarını Suriyadan sonra Şimali İraqa köçürüb və bu bölgədə neft-qaz axtarmaq niyyətindədir.

Miq.az axar.az-a istinadən bildirir ki, Rusiyanın bu planı Şimali İraq Kürd Regional Rəhbərliyinin Moskvadakı nümayəndəsiAso Talabaninin "bölgə rus şirkətlərini cəlb etmək niyyətindədir" sözlərindən sonra üzə çıxıb.
Enerji mütəxəssisləri isə Rusiyanın bu addımını istehsal xərclərinin az olması ilə əlaqələndirir.
Türkiyənin BOTAŞ şirkətinə yaxın mənbələr də Şimali İraqın investor axtardığını etiraf edib.
Qeyd edək ki, Türkiyə 2018-ci ildə Şimali İraqdan yarı qiymətinə qaz alacaq. Bundan əlavə, sözügedən bölgədə neft-qaz axtarışları da aparacaq.

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az