Rusiyada Azərbaycan restoranlarına HÜCUM ÇAĞIRIŞI

Rusiyada Azərbaycan restoranlarına HÜCUM ÇAĞIRIŞI
"Rusiya Kommunistləri” partiyası baş nazir Mixail Mişustinə Rusiyaya düşmən olan ölkələrin mətbəxini təqdim edən iaşə obyektlərinə xüsusi vergi tətbiq etməyi təklif etmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, bu barədə "Abzas” nəşrinə müsahibəsində partiyanın sədri Sergey Malinkoviç deyib.

"Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr rus mətbəxi restoranlarını inkişaf etdirməyə kömək etmirlər. Belə restoranlar faktiki olaraq həmin ölkələrdə yoxdur", - Malinkoviç hesab edir.

Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin xüsusi vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrin aparılmasına çağırır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az