Rusiyanın embarqo siyahısında Gürcüstan yoxdur

Rusiyanın embarqo siyahısında Gürcüstan yoxdur
Gürcüstanın Rusiyaya tətbiq etdiyi sanksiyaların yüngül olmasına görə embarqo siyahısına düşmədiyi bildirilir.
Rusiyanın Nazirlər Kabinetinin verdiyi açıqlamada " Hazırda Rusiya və Gürcüstan arasında geniş əlaqələr və böyük ticarət dövriyyəsi yoxdur. Buna görə də Gürcüstan məhsullarına embarqo tətbiq etməyə ehtiyac görmürük” deyilir.
 Rusiyaya sanksiya qərarı alan Albaniya, Serbiya və Çernoqoriya, İslandiya və Lixtenşteyndən qida məhsullarının idxalı qadağan olunub. Ukrayna məhsullarına qoyulan qadağa isə bu ölkənin Avropa Birliyi ilə ortaqlıq müqaviləsinin iqtisadi hissəsinin tətbiq olunması halında qüvvəyə minəcək.
Reaksiya.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az