Rusiyanın müasir silahları Ermənistanda

Rusiyanın müasir silahları Ermənistanda

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın "Rostex və "Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: "Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az