Rusiyanın Xankəndində bəslədiyi separatçı ABŞ Konqresində çıxış etdi…-FOTOLAR

Rusiyanın Xankəndində bəslədiyi separatçı ABŞ Konqresində çıxış etdi…-FOTOLAR

Unutmaq olmaz ki, babayanları Azərbaycanın bətnində əsrlərlə, on illərlə yetişdirən və bu gün də himayəsində saxlayan Rusiya imperiyasıdır…”
 
Xankəndində müvəqqəti(!) olaraq Azərbaycan Respublikasının haykların məskunlaşdığı ərazisinə nəzarət edən Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri” David Babayan  dünən - sentyabrın 19-da ABŞ Konqresinin binasında ABŞ erməniləri şərq dairəsinin "Hay Dat" komissiyası, Amerika erməni assambleyası və ABŞ Konqresinin erməni işləri komissiyası tərəfindən təşkil olunmuş üzdəniraq tədbirdə iştirak və çıxış edib.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
 
Separatçı məmur "Qarabağ münaqişəsi”  və Ermənistanın təxribatları nəticəsində Azərbaycanla sərhəddə baş vermis qanlı qarşıdurma haqda çərənləyərək Azərbaycan və Türkiyə əleyhinə böhtan və hədyanlar yağdırıb.
 
Zəruri şərh:
 
Unutmaq olmaz ki, david babayanların Konqres binasındakı çıxışına şərait yaradan ABŞ dövlətidirsə, onları Azərbaycanın bətnində əsrlərlə, on illərlə yetişdirən və bu gün də himayəsində saxlayan Rusiya imperiyasıdır…
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az