Rusiyaya qarşı təhlükəli plan... - Şoyqudan şok iddia

Rusiyaya qarşı təhlükəli plan... - Şoyqudan şok iddia

"Kənarda Rusiyaya qarşı dərin və ciddi işlər aparılır”.

Miq.Az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Nazir ehtimal olunan təhlükələrə qarşı Rusiya daxilində yeni müdafiə sisteminin qurulmasının vacibliyinə diqqət çəkib.

Şoyqunun sözlərinə görə, Kalininqraddan Kamçatkaya qədər bütün ərazilər boyunca Rusiyaya qarşı bu cür təxribat işləri ardıcıl olaraq aparılır.

Qeyd edək ki, Sergey Şoyqu bundan əvvəl Rusiya ordusunda müasir silahların payının 71 faizdən çox olduğunu bildirmişdi. Silahların xidmət qabiliyyətinin 99 faizə çatdığını da diqqətə çatdırmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az