Ruslar 93 milyardı ölkədən çıxardılar

Ruslar 93 milyardı ölkədən çıxardılar

Vətəninfo.az xəbər verir ki. Beynəlxalq embarqolara baxmayaraq Rusiyadan milyardlarla ingilis sterlini hansısa sənədlişdirmələr aparılmadan,qaranlıq yollarla İngiltərənin paytaxtı Londona çatdırılır və burda əmlak bazarında yuyulmaqdadır.

“Deutsche Bank”ın Londondakı mərkəzindən Bazar Araşdırmaları mütəxəsisi Robin Vinkler bildirib ki, son zamanlar  İngiltərəyə ayda təqribən 1 milyar sterlin  həcmində valyuta qeyri-qanuni yollarla bazara girir.


 "Bunun böyük hissəsi Rusyanın payına düşür. Rus sərmayəsinin böyük hissəsi  xüsusi ilə Lodondakı əmlak bazarına axır. Bu sərmayə axını çox təssüflər olsun ki, statistika təşkilatları tərəfindnə qeydə alınmır”-deyən Robin Vinkler əlavə edib ki. Rusiyalı milyarlər İngiltərədəki  lüks mənzil sektoruna böyük maraq göstərməkdədirlər.


“Embarqoların tədbiqindən sonra, rusların Londonda əmlak bazarında cazibədar malikanələrə marağının daha çox artdığının şahidi olmaqdayıq. Görünən odur ki, rus milyonçular  ölkəsindən əllərinə düşən fürsətdən yararlanaraq daha çox sərmayəni İngiltərəyə gətirməyə çalışır”.

Vinkler qeyd edib ki, rus milyonçular İngiltərəyə gətirdikləri pulların müxtəlif yoxlamalara məruz qalmamaları üçün, bu milyonları banklar yolu ilə deyil, birbaşa çamadanlara dolduraraq Londona gətirirlər.” Bir qismi təssüflər olsun ki, çamadanlara doldurularaq gətirilir. Belə daşınma üsulu banklardan yayındırılaraq gətirilir.Rus sərmayəsinin bir qisimi isə ofşor xidməti göstərən şirkətlər vasistəsi ilə. Ona görə də bir ayda təqribi neçə milyon və yaxutda milyard İngiltəryə gətirildiyini müəyyən etmək çətindi”. Vinkler qeyd edib ki. 2006-cı ildən bu tərəfə Rusiyadan İngiltərəyə gətirilən milyardların həcmi 93 milyard sterlini ötüb.

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az