Ruslar mühasirəyə düşməmək üçün Xarkovdan qaçırlar

Ruslar mühasirəyə düşməmək üçün Xarkovdan qaçırlar

Ukrayna ordusu düşmənin müdafiə xəttini 70 kilometr dərinliyində yarıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

"Ukrayna ordusu cəmi 5 gün ərzində 3 min kvadrat kilometr ərazini işğaldan azad ediblər. Bu, Rusiyanın apreldən bəri işğal etdiyi ərazilərdən böyükdür”, - hesabatda bildirilib.

İnstitutu analitiklərinin sözlərinə görə, Ukrayna ordusunun Xarkovdakı hücumu rus ordusunu darmadağın etdi:

"Ruslar qoşunların çıxarılmasını nizamlı şəkildə həyata keçirmirlər, onlar İzyumda mühasirəyə düşməmək üçün Xarkovun cənub-şərq istiqaməti ilə qaçırlar”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az