Rövşən Lənkəranskinin "Ölümündə əli olanlar" CƏZALANACAQ- Lotu Rafiq
Rövşən Lənkəranskinın ölümündən sonra Rafiqlə Qulu arsında soyuqluq yaranıb. Bu barədə «Regionaz.Tv»-yə etibarlı mənbədən məlumat daxil olub.
Baş vermiş bu soyuq münasibətin isə bir neçə səbəbi olduğu deyilir. Bunlardan birincisi bölgü məsələsinin olduğu iddia edilir. Yəni ki, Qulu cənub bölgəsini ələ keçirməsini istədiyi deyilir. Çünki, Rusiya bazarlarında başçılıq edənlər talışlardır. Rafiq isə buna heçdə yol vermək fikrində deyil.
Hazırkı vəziyyəti nəzərə almaq lazımdır ki, Rafiq cənub bölgəsində böyük nufuza malikdir. Etibarlı mənbənin deməsinə görə, Rafiq Quluya onu da bildirib ki, Rövşən Lənkaranskinin ölümündə kimin əli varsa onları laiqincə cəzalandıracaq.
Miq.Az