Saakyan, Qukasyan, Arutyunyan Ermənistana qaçıb?

Saakyan, Qukasyan, Arutyunyan Ermənistana qaçıb?
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində mövcud olmuş keçmiş separatçı-terrorçu dəstənin keçmiş başçıları – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan artıq İrəvandadır.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Sputnik Ermənistan” çıxış edib.

Nəşrin yazdığına görə, onlarla birlikdə keçmiş "dqr” "hökuməti”nin və qanunsuz silahlı birləşmələrinin rəhbərlərinin böyük hissəsi, danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən, oktyabrın 1-i axşam saatlarında Ermənistana təhvil verilib.

"Tert.am” erməni saytı isə öz mənbələrinə istinadla bu məlumatı təkzib edib. Saytın mənbəsi bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Ermənistanda deyil.

"Dövlət orqanları təhlükəsizliyə görə onların dəqiq yerini hələlik açıqlamır”, - mənbə qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az