Sabah olan hava - 18 dərəcə isti

Sabah olan hava - 18 dərəcə isti
Bakı və Abşeron yarımadasında martın 8-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Miq.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti,  gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 55-60 %  təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
 Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az