Sabiq YAP-çı deputatdan Allahşükür Paşazadəyə çağırış – “Münasibət bildirin…”
Sabiq YAP-çı deputat Alqış Musayev Şeyxülislam Hacı Allahşükür Paşazadəni "kənardakı bəzi şəxslərin mənəvi-əxlaqi dəyərlərimizi hədəf seçməsinə” münasibət bildirməyə çağırıb. Miq.Az xəbər verir ki, A.Musayev "Facebook” statusunda belə bir çağırış edib:
"Dövlətimiz və onun rəhbəri həmişə qafqaz müsəlmanlarının 12-ci Şeyxülislamı Allahşükür Paşazadəni müdafiə edib, ona birmənalı dəstək verib. Bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı hücümlar olanda Ulu Öndərimiz xüsusi bəyanatla çıxış etmişdi. Azərbaycan prezidenti İlham Əliyev hər yerdə və hər zaman Şeyxülislamımıza xüsusi sayğı və diqqət nümayiş etdirir.
Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan bəzilərinin dövlətimizi və mənəvi-əxlaqı dəyərlərimizi hədəf seçdiyi bir vaxtda hörmətli Şeyxülislam Allahşükür Paşazadə cənablarının münasibət bildirməyi yerinə düşərdi…”
Miq.Az