Sabiq məmur bacısı oğlunu həbs etdirib (SƏBƏB)

Sabiq məmur bacısı oğlunu həbs etdirib (SƏBƏB)

"Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayəti əsasında bacısı oğlu həbs olunub.

Miq.Az unikal.org-a istinadən xəbər verir ki, M.Məmmədov bacısı oğlu, İB-də köməkçisi işləmiş Qulunu həbs etdirməsinə səbəb Migəçevir və Bakıda yerləşən mülklərin ona qaytarmaması olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra Quludan (bacısı oğlunun adında olub) Migəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri qaytarılmasını tələb edib. Dayısının tələbinə məhəl qoymayan Qulu mülkləri geri qaytarmayıb. M.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Qulu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısına mülkləri qaytarıb. 

Qeyd edək ki, "Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə  2015-ci ilin noyabr ayında həbs edilib. 2018-ci ildə şərti cəza ilə həbsdən azad olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az