Sabiq nazir Fərhad Əliyevə yeni vəzifə verilib

Sabiq nazir Fərhad Əliyevə yeni vəzifə verilib

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

Miq.Az Report-a istinadla xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb. Şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, "STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

Xatırladaq ki, adı çəkilən Fərhad Əliyev vaxtı ilə İqtisadi imkişaf naziri vəzifəsində işləyib.

Hələ 4 il əvvəl onun Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı məlumat yayılsa da, bu, qısa zamanda təkzib olunmuşdu. İndisə vəziyyət dəyişib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az