Sahibkarlarlara müraciət edildi

Sahibkarlarlara müraciət edildi
Dövlət Gömrük Komitəsi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə aprelin 4-dən etibarən elektron bəyanetmə sistemi ilə bağlı pilot layihə tətbiq edəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, malların bəyan edilməsində yeni texnologiyaların tətbiqini və gömrük rəsmiləşdirilməsinin yeni qaydalarla aparılmasını nəzərə alaraq, bəyanetmə prosedurlarında səhvə yol verilməsinin və digər qanunverici aktların tələblərinin pozulmasının qarşısını almaq məqsədilə və bu istiqamətdə sahibkarlara dəstək vermək üçün yeni elektron bəyanetmə sistemi pilot layihə olaraq gömrük təmsilçiliyi institutu çərçivəsində həyata keçiriləcək.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az