“Şair vergi ödəmək üçün şeirdən pul qazanmalıdır”

“Şair vergi ödəmək üçün şeirdən pul qazanmalıdır”
Vergi ödəyicilərinin əhatəsi daha da genişləndirilir. Bundan sonra şairlər də yazdıqları şeirlərə görə vergi ödəyəcəklər. Ancaq bunun necə, hansı şərtlərlə həyata keçiriləcəyi hələ ki, məlum deyil. 

Moderator.az məsələyə şair Salam Sarvanın münasibətini öyrənib. 

S.Sarvan bildirib ki, şairin vergi ödəməsi üçün şeirdən pul qazanması lazımdır: "Mən nəinki şeir yazdığım vaxtlarda, heç Xalq Təsərrüfatı institutunun məzunu olaraq vergi sistemində işlədiyim vaxtlarda da, bir qəpik də olsun, pul qazanmamışam”.
 
 Qeyd edək ki, Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov Teleqraf.com-a açıqlamasında deyib ki, şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir: "Vergi ödəmək hər kəs üçün vacibdir. Müğənnilər oxuduqları mahnıdan pul qazandıqları üçün vergi ödəyirlər. Şairlər də həmçinin... Bu qayda hər kəs üçün keçərlidir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az