Salyan İcra hakimiyyətindən ETİRAZ

Salyan İcra hakimiyyətindən ETİRAZ

Bəzi saytlarda Salyanın icra başçısı haqda məlumatlar yayılıb.

 

Vizual.az xəbər verir ki, Salyan rayon icra başçının müavini Rəşad Cəbrayılov ittihamlarla bağlı açıqlama verib. 

 

Başçı müavini deyib ki, icra başçısının fikirləri təhrif olunub: "Tahir müəllim jurnalistlərlə görüşdə Baş Nazir cənab Artur Rasi-zadənin Salyan rayon İcra hakimiyyətinə göndərilmiş Milli Təhlükəsizlik Nazirliyinin məktubu ilə əlaqədar əkinə yararlı və heyvandarlığın inkişafı üçün perspektivli torpaq sahələrinin təyinatı dəyişdirilərək balıq yetişdirilməsi məqsədilə süni göllərin yaradılmasının qanunvericiliyə uyğunluğunun yoxlanması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Torpaq və Xəritəçəkmə Komitəsinin birgə apardığı monitorinqlə əlaqədar tərtib olunmuş arayışı nəzərdə tutub. 


Dərkənarda rayon İcra hakimiyyətlərinə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılmış süni göllərin ləğv edilməsi, üst qatı korlanmış torpaqların bərpa edilməsi və bu qanunsuzluğa şərait yaratmış vəzifəli şəxslər barədə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb”. 


R.Cəbrayılov qeyd edib: "Nəzərinizə çatdırırıq ki, kütləvi informasiya vasitələrinə rayonda olan göllər barəsində rayon İcra hakimiyyəti və onun başçısı cənab T.Kərimov tərəfindən dəfələrlə tam açıqlama verilib. Jurnalistika haqqında qanunların tələblərini pozaraq reytinq qazanmaq və maddi durumu yaxşılaşdırmaq üçün deyilənləri təhrif edərək qərəzli yazılar dərc edilib.
Bildiririk ki, bu dövrdə tərəfimizdən tapşırığın icrası ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülüb. Bu tədbirlər bu gün də davam etdirilir.


Bir daha heç bir əsasa söykənməyən və yalnız reytinq xətrinə gedən bu kimi yazılara etirazımızı bildiririk”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az