Salyanda baş həkim və arvadı buna görə öldürülüb - Təfərrüat

Salyanda baş həkim və arvadı buna görə öldürülüb - Təfərrüat
Bu gün Salyan rayonu Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib.

Axar.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

Belə ki, evdən qızıl-zinət əşyaları oğurlanlb.

Məlumata görə, evə basqın edən şəxs və şəxslər İ.Məmmədovu iplə boğaraq öldürüb. İ.Məmmədovun üzərində zorakılıq izlərinin aşkarlandığı da bildirilib.

M.Məmmədova isə baş nahiyyəsindən aldığı zərbələrdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az