Şamaxıda çoban 4 uşağının gözü qarşısında güllələndi

Şamaxıda çoban 4 uşağının gözü qarşısında güllələndi
Gənc çobanın arvadı da yaralanıb

Şamaxı rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.
Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib. Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Haclıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.
Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.
İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir. /APA/


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az