Samux təhsilində görünməmiş olay

Samux  təhsilində görünməmiş olay

Son illər Azərbaycan təhsili və onun problemləri barədə çox yazılır, təəsüf ki, əksər yazılarda

çox sərt tənqidlər edilir. Bütün bunların müqabilində müəyyən işlər görülsə də yenə

biabırçılıqlara son qoyulmur ki, qoyulmur. Bu günlərdə Samux rayonundan ilginc məlumat əldə

etmişik. “Vətəninfo.az”a daxil olan məlumata görə

Samux şəhər  Səhrəddin Əliyev adına 2 saylı  tam orta  məktəbin 11-ci sinif  şağirdi Tağıyev Kamil Musa ogluna  2009-2010-cu tədris ilində cografiya fənnindən 2 qiymət aldığı üçün attestat verilməyib. Hal- hazırda həmin gənc Beyləqan rayonunun – N- saylı hərbi hissəsində xidməti qulluqda olmasına baxmayaraq 12.05. 2012-ci il tarixində keçirilən imtahanda güya iştrak etmiş kimi- 4 -qiyməti ilə qiymətləndirilib və bu şagirdə attestat verilməsi haqqında qərar verilib. Həmin tarixdə isə Tağıyev Kamil hərbi hissədən çıxmayıb. Baş vermiş hadisədən rayon ictimaiyyətinin də yaxşı xəbəri var, amma bəzi rəsmi qurumların məlumatı ola bilsin ki, kifayət qədər deyil. Ona görə də məlumatla bağlı məsələni araşdırmaq qərarına gəldik. Məsələ ilə bağlı sözügedən rayonun rəsmi qurumlarının da mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, Samux rayonuna yeni rəhbərlik təyin olunub, ona görə də bu kimi saxtakarlıqların kökü əski icra başçısı Vilyam Hacıyevin dövrünə və onun təhsildəki «komandası»nın (Samux təhsil şöbəsinin müdiri Hidayət adlı şəxsin) fəaliyyəti zamanına gedib çıxır. Yeri gəlmişkən Samuxun yeni rəhbərliyi fəaliyyətə başladığı ilk gündən Samuxda təhsili böyrü üstə qoyan bu şəxsi (Hidayəti ) işdən azad etməsi rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Aldığımız son məlumata görə Samuxun təhsil şöbəsinin köhnə müdiri işdən azad olunandan sonra Moskva bazarlarına üz tutub, orada al-verlə məşğuldur. Allah bazar versin !  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az