Samuxda köhnə məmurlar Alı Qocayevi aldatmaq istəyir

Samuxda köhnə məmurlar Alı Qocayevi aldatmaq istəyir

Son illər Azərbaycan təhsili və onun problemləri barədə çox yazılır, təəsüf ki, əksər yazılarda çox sərt tənqidlər edilir. Bütün bunların müqabilində müəyyən işlər görülsə də yenə biabırçılıqlara son qoyulmur ki, qoyulmur. Bu günlərdə Samux rayonundan  “Vətəninfo.az” olaraq ilginc məlumat əldə etmişik və bu məlumatı siz dəyərli oxucularımızla paylaşmışdıq.  “Vətəninfo.az”a daxil olan məlumatda deyilirdi ki, Samux şəhər  Səhrəddin Əliyev adına 2 saylı  tam orta  məktəbin 11-ci sinif  şağirdi Tağıyev Kamil Musa ogluna  2009-2010-cu tədris ilində cografiya fənnindən 2 qiymət aldığı üçün attestat verilməyib. Hal- hazırda həmin gənc Beyləqan rayonunun – N- saylı hərbi hissəsində xidməti qulluqda olmasına baxmayaraq 12.05. 2012-ci il tarixində keçirilən imtahanda güya iştrak etmiş kimi- 4 -qiyməti ilə qiymətləndirilib və bu şagirdə attestat verilməsi haqqında qərar verilib. Həmin tarixdə isə Tağıyev Kamil hərbi hissədən çıxmayıb. Baş vermiş hadisədən rayon ictimaiyyətinin də yaxşı xəbəri var, amma bəzi rəsmi qurumların məlumatı ola bilsin ki, kifayət qədər deyil. Ona görə də məlumatla bağlı məsələni araşdırmaq qərarına gəldik. Araşdırmamız amanı məlumat əldə etdi ki, yuxarıda adı hallanan Tağıyev Kamil Musa oğlu ilə bağlı yaydığımız məlumatın ardından Samux rayon icra Hakimiyyətinin başçısı Alı Qocayev məsələnin araşdırılıb ona dəqiq məlumatın verilməsin tələb edib. A.Qocayevin bu tapşırığının ardından rayonun eks icra başçısı Vilyam Hacıyevin zamanından qalma məmurlar əlayağa düşüblər. Məlumata görə, adı hallanan şəxsin imtahanda iştirak etdiyini göstərən saxta sənəd hazırlanıb.  Samux rayon İcra hakimiyyətindəki adının çəkilməsin istəməyən mənbənin verdiyi məlumata görə, bu sənəd A.Qocayev məzuniyyətdən qayıtdıqdan sonra ona təqdim olunacaq və bununlada Samuxda yeni bir saxtakarlığın üstü örtülmüş olacaqdı. Biz məsələni araşdıran zaman samux Rayon icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Kəmalə xanımlada əlaqə saxladıq. Kəmalə xanıma “sizə rayon təhsil şöbəsindən Tağıyev Kamil Musa oğlunun imtahana buraxılması ilə bağlı “N”saylı Hərbi hissənin göndəriş vərəqsin gördünüzmü” sualını ünvanladıq. Cavabında kəmalə xanım “ Bəli Təhsil Şöbəsi tərəfindən mənə belə bir sənəd göstərilib və görmüşəm cavabın alıdıq”. Rayon icra hakimiyyəti rəsmisinə “ Həmin sənədin saxta və ya qanuni olduğun deyə bilərsinizmi” sualınıda verdik və cavabında “Mən sənədi görmüşəm və qanuni olduğuna da şübhə etmirəm”cavabın aldıq. Kəmalı xanım maraqlı bir məlumatda verdi və bildirdi ki,bu məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəsmiləri rayonda olublar və məsələni yerində araşdırıblar. TQDK-nin rəsmilərinin hansı nəticyə gəldiyini deyə bilməsək də, mənbəmiz bildirir ki, TQDK-dən rayona ezam olunanlar da aldadılıblar. Mənbənin sözlərinə görə, ümumiyytələ TQDK-nin rayona ezam olunan nümayəndələrinə rayon TŞ-si tərəfindən həmin sənəd göstərilməyib. TQDK-si rəsmilərinə göstərilməyən,eyni zamanda Alı Qocayevi aldatmağa yönəlik bu addımların nəyə və hansı məssəbə qulluq etdiyini demək çətindi.Amma o bəllidir ki, Vilyam Hacıyevin dönəmindən qalma məmurlar köhnə şakərlərindən əl çəkə bilmirlər.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az